“Baku Steel Company” QSC-nin ixracdan gəlirlərini artıb.
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın dekabr sayını istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr aylarında “Baku Steel Company”nin ixracının həcmi 60,5 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə müəssisənin ixrac gəlirləri 19,9 milyon dollar və ya 49% artıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında “Baku Steel Company”nin ixracının həcmi 40,6 milyon dollar idi.