Biznes

"Baku PR Forum 2019”un  spikeri – VƏLİ ƏLİBƏYOV -  PROQRAM

"Baku PR Forum 2019”un  spikeri – VƏLİ ƏLİBƏYOV -  PROQRAM | FED.az
17:44 23 Yan 2019
Bakıda 26 yanvar 2019-cu il tarixində  Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumu keçiriləcək. Forumda 20-dən çox spiker iştirak edəcək.

FED.az spikerlərin təqdim edilməsinə başlayıb.FED.az xəbər verir ki, “Baku PR Forum 2019”un növbəti spikeri Vəli Əlibəyovdur. 

V.Əlibəyov Azərbaycanda ilk siyasi konsaltinq təşkilatının – Siyasi Texnologiyalar Mərkəzinin həmçinin, “Alibayov Kommunikasiya və Konsaltınq” şirkətinin təsisçisi və rəhbəri, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının həmtəsisçisidir. O, 2016-ci ildən etibarən Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (ieerp.org - Paris, Fransa) Ekspertlər Şurasının, 2001-2003 illərdə və 2017-ci ildən etibarən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (ipra.org) üzvüdür.

V. Əlibəyov ictimaiyyətlə əlaqələr, siyasi konsaltınq və başqa mövzularda 10-a yaxın kitabın və 100-dən artıq məqalənin müəllifi və həmmüəllididir.

Proqrama buradan baxa bilərsiniz.
 

 

Digər xəbərlər

Banner