Biznes

“Baku PR Forum 2019”un  spikeri – KAMRAN ƏLİYEV - PROQRAM

“Baku PR Forum 2019”un  spikeri – KAMRAN ƏLİYEV - PROQRAM | FED.az
18:06 10 Yan 2019
Bakıda 26 yanvar 2019-cu il tarixində  Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumu keçiriləcək. Forumda 20-dən çox spiker iştirak edəcək.

FED.az spikerlərin təqdim edilməsinə başlayıb.

“Baku PR Forum 2019”un  çıxış edən spikerlərdən biri də  Kamran Əliyev olacaq.


Eləcə də bax: Bakıda ilk dəfə Türkdilli dövlətlərin PR forumu keçiriləcək - PROQRAM


Kamran Əliyev Azərkosmos, Bakı Fond Birjası, “Asan İmza” layihəsi, İcbari Sığorta Bürosu kimi təşkilatlarda PR menecer kimi fəaliyyət götərir, həmçinin  K.Əliyev hazırda “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsində PR üzrə mütəxəssis vəzifəsində çalışır. O, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (IEERP, Paris) və İctimaiyyətlə Əlaqələr üzrə Çarter İnstitutunun (CIPR, London) sertifikasiya proqramlarında müvəffəqiyyətlə iştirak etmişdir.

Hazırda CIPR tərəfindən təşkil edilən “Professional PR Certificate” proqramının iştirakçısıdır.

Forumun proqramı ilə
buradan  tanış ola bilərsizniz.
 

 

Digər xəbərlər