Bakıda 26 yanvar 2019-cu il tarixində Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumu keçiriləcək. Forumda 20-dən çox spiker iştirak edəcək.
FED.az spikerlərin təqdim edilməsinə başlayıb.
FED.az xəbər verir ki, Baku PR Forum 2019-un növbəti spikeri olan Gulnura Toraliyeva Qırğızıstanın PR təcrübəsini iştirakçılarla bölüşəcək.
G.Toraliyeva “Qırğızıstan-Rusiya Slavyan Universiteti” , “The E.W. Scripps School of Journalism” , “City University London” -da təhsil alıb, Rusiya Elmlər Akademiyasında jurnalistika üzrə PHD elmi adını müdafiə edib.
Eləcə də bax: “Baku PR Forum 2019”un spikeri - Svetlana Stavrevadır - PROQRAM
USAID, Coca-Cola Bishkek Bottlers, Bişkek Press Klubunun proqram direktoru və rəhbəri, BBC World Service Trust–ın Orta Asiya üzrə regional media koordinatoru, Asiya Amerikan Universitetinin Jurnalistika və Kütləvi Kommunikasiyalar departamentinin rəhbəri, USAID-in kommunikasiya direktoru, UNDP və Qırğızıstan hökumətinin birgə layihəsinin kommunikasiyalar üzrə müşaviri, Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri və s. vəzifələrdə çalışıb.
2015-ci ildən bəri ATƏT-in Bişkekdəki Akademiyasının icraçı direktorudur.
Proqrama buradan baxa bilərsiniz.
“Baku PR Forum 2019”un spikeri - Gulnura Toraliyeva - PROQRAM
11:03
19 Yan 2019