Bakıda 26 yanvar 2019-cu il tarixində Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumu keçiriləcək. Forumda 20-dən çox spiker iştirak edəcək.
FED.az spikerlərin təqdim edilməsinə başlayıb.
FED.az xəbər verir ki, “Baku PR Forum 2019”-un növbəti spikeri Afət Yaqubova PR təcrübəsini iştirakçılarla bölüşəcək.
A. Yaqubova Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində həm bakalavr, həm magistratura təhsilini tamamlayıb və Dünya bankının Dövlət Əmlak Komitəsi ilə birgə icra etdiyi "Dövlət Əmlakının Özəlləşdirilməsi" layihəsində PR mütəxəssis olaraq peşəkar iş həyatına başlamışdır. O, layihə bitdikdən sonra Lider Tv-də Xəbər Departameninin müxbiri olaraq 4 il jurnalist kimi fəaliyyət göstərmiş, daha sonra, PR sahəsinə qayıdaraq McCann Ericson, MPG, Azercell kimi şirkətlərdə çalışmışdır.
Eləcə də bax: “Baku PR Forum 2019”un spikeri - Svetlana Stavrevadır - PROQRAM
2008-2011-ci illərdə “Sinteks” şirkətində PR Menecer vəzifəsini tutan Afət xanım, 2011-ci ildə “Laboratoriya PR Agency” şirkətini təsis etmişdir və şirkət faəliyyətini hələ də uğurla davam etdirməkdədir. Afət Yaqubova, eyni zamanda, 2 ilə yaxındır ki, Dünya bankının Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi layihələrin PR məsləhətçisidir.
Proqrama buradan baxa bilərsiniz.
“Baku PR Forum 2019”un spikeri – AFƏT YAQUBOVA - PROQRAM
13:02
16 Yan 2019