Hotel, restoran və istirahət mərkəzləri sahəsində xidmət göstərən “Baku Distribution” MMC-nin təsisçisi şirkətdən çıxıb.
FED.az xəbər verir təsisçi Məmmədov Ramil Xudaverdi oğlu payını götürüb çıxması ilə əlaqədar olaraq MMC-nin nizamnamə kapitalı 100 manat məbləğində müəyyən edilir.
Xatırladaq ki, 10 aprel 2019-cu ildə yaradılan “Baku Distribution” şirkətinin indiyədək nizamnamə kapitalı 200 manat olub. Bu da nizamnamə kapitalının iki dəfə azaldılması deməkdir.
MMC-nin qanuni təmsilçisi də təsisçi vəzifəsində olan Ramil Xudaverdi oğlu Məmmədovdur.
Hüquqi ünvanı AZ1130, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ƏCƏMİ NAXÇIVANİ, ev.13C, m.146 ünvanıdır.