25 iyun 2024-cü il saat 11.00-da “Bakqazmaş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Albalılıq qəsəbəsi ünvanında baş tutacaq.
İclasın gündəliyinə 2023-cü ilin maliyyə fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, həmçinin digər məsələlər daxil edilib. Bütün səhmdarların iştirakı vacibdir.
Xatırladaq ki, “Bakqazmaş” ASC 16 noyabr 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 284 420 manatdır.
Qanuni təmsilçisi Ağa Kərim Dardail oğludur.