“Bakıtikişsənaye” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
"Suraxanı Avtomotoservis" ASC səhmdarların yığıncağı keçiriləcək
FED.az xəbər verir ki, yığıncaq 5 iyun 2021-ci il saat 16.00-da baş tutacaq.
Gündəlikdəki məsələlər:
1.Cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi).
2. 2019-cu və 2020-ci illərin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı.
3.Cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi.
4.Təşkilati məsələlər (idarə heyəti, müşahidə şurası və təftiş komissiyasının tərkibinə baxılması).
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Həsən Əliyev küçəsi 1008-ci məhəllədə keçiriləcəkdir. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
Qeyd-əgər COVİD-19 pandemiyası yumşalarsa, onda yığıncaq adi qaydada keçiriləcəkdir. Bu barədə “Xalq qəzeti”ndə səhmdarlara əlavə məlumat veriləcəkdir.
Əlaqə telefonları - (012) 440-86-25.
(012) 440-09-19.