Bakıda şadlıq saraylarında qiymət artımları qeydə alınıb.
FED.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, toyların keçirilməsi qaydaları ilə bağlı qadağanın yumşaldılmasından sonra qiymət və keyfiyyət üzrə monitorinq aparılıb.
Montironqinə görə, qaydalar yumşalandan sonrakı dövrdə menyuların qiyməti orta hesabla 7 faizədək bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımlar 5 faiz, 40-80 manat arasındakı menyularda 7 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyualarda isə artım 9 faiz olub. (Trend)