Bakının məşhur bazarı "8-ci km Ticarət Mərkəzi" ASC təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
FED.az xəbər verir ki, bununla əlaqədar "8-ci km Ticarət Mərkəzi" yenidən təşkil olunur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 38K ünvanına (012 570-40-74) bildirə bilərlər.