Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Eləcə də bax: AQTA 8-ci km bazarında reyd keçirib, mənşəyi məlum olmayan ət - AŞKARLANIB
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, agentliyin əməkdaşları Bakının Qaradağ və Sabunçu rayon İcra Hakimiyyətləri nümayəndələri və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Sabunçu rayonu, Zabrat ŞTQ-də qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər və reyd zamanı kəsim sahələrinə baxış keçirilib.
FED.az Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "AZƏRTAC"-a verilən məlumata istinadən xəbər verir ki, müəyyən edilib ki, həmin ünvanlarda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar olaraq sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında və yol kənarlarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib.