Xəbər verildiyi kimi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı ilə Bakıda “Bakı Alış-Veriş Festivalı” (Baku Shopping Festival) keçirilir.
FED.az xəbər verir ki, “Bakı Alış-Veriş Festivalı” 6-20 noyabr tarixlərində təşkil olunur və şəhərimizin seçilən Ticarət Mərkəzlərini, eləcə də şəhər mağazalarını əhatə edəcək.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, “Bakı Alış-Veriş Festivalı”-nın keçirilməsində məqsəd, bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə dəstək verməklə yanaşı, istehlakçılar üçün brend geyimləri daha sərfəli və əlçatan etməkdən ibarətdir.
«Festivalın nəticələri gözləntilərimizi doğrultsa, gələcəkdə belə tədbirlərin və festivalda təmsil olunan dünya brendlərinin sayı artırılacaq»- Fərid Novruzi deyib.
Festivalda 68 dünya geyim brendi iştirak edir. Ümumilikdə Baku Shopping Festival çərçivəsində 199 mağaza alıcılara endirim təklif edir.
Alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və endirim kuponları təklif ediləcək.
Festival çərçivəsində endirim edən mağazalar və endirim faizləri belədir.