Bakıda restoranların dövriyyəsi artaraq yarım milyon manatdan çox olub.
Eləcə də bax: Şirin ponçiklərlə duzlu toyuq ətini birləşdirir - KFC-DƏN YENİLİK
FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-avqust aylarında iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 668,7 milyon manat olub. Dövriyyənin 45,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-avqust aylarına nisbətən 0,1 faiz artaraq 302,8 milyon manat təşkil edib.