Bakıda butikləri və mağazaları idarə edən “Ayma Alyans” QSC (Əvvəlki Sinteks Group of Companies) 2017-ci ili 1 milyon 329 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 6 dəfə çoxdur. QSC 2016-cı ili 210 min manat xalis mənfəətlə bağlamışdı.
FED.az QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “Ayma Alyans” QSC-nin 2017-ci ildə satışdan gəlirləri 2016-cı illə müqayisədə 3 dəfəyə yaxın artaraq 69 milyon 654 min manat təşkil edib. 2016-cı ildə Şirkətin satışdan gəlirləri 24 milyon 172 min manat təşkil etmişdi.
Ötən il QSC-nin aktivləri kəskin azalıb. 2016-cı ilin sonunda 110 milyon 364 min manat olmuş cəmi aktivlər 2017-ci ilin sonunda 38 milyon 438 min manata düşüb.
Qeyd edək ki, 2016-cı ildə “Sinteks Group of Companies” və onun şirkətləri birləşdirilərək “Ayma Alyans” QSC-yə verilib.
“Ayma Alyans” geyim və zinət əşyaları satışı üzrə ən iri şirkətlərdən biri olmaqla dünya şöhrətli brendləri (Gucci, Dolce&Gabbana, Burberry, PRADA, Giorgio Armani, Valentino, Fendi, Dalloyau, Gloria Jean’s Coffee) Azrəbaycanda təmsil edir. “Mango”, “New Yorker”, “Next” mağazaları “Ayma Alyans” şirkətinə məxsusdur.
“Ayma Alyans” QSC-nin sahibləri Əliyev Vüqar Feyruz oğlun (75%) və Cərullayev Ülvi Şahmərdan oğludur (25%).