Azərbaycanda yerli şirkətlərin böyük sərgisi başlayır.
FED.az xəbər verir ki, iyunun 8-10-da Bakıda «Heydər Əliyev və Azərbaycan sahibkarlığı» mövzusunda yerli şirkətlərin sərgisi keçiriləcək.
Baku Crystal Hall-da təşkil olunan və 3 gün davam edəcək sərgidə Azərbaycanın sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkəti öz məhsul və xidmətlərini nümayiş etdirəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
FED.az xəbər verir ki, sərgidə biznesə və iş adamlarına xidmət göstərən tanınmış şirkətlər də təmsil olunur.
Belə ki, sərgidə ölkənin ən qabaqcıl gömrük brokeri şirkəti olan «Mobil Broker» və onun daxil olduğu «Mobil Group» şirkətlər qrupu da sərginin iştirakçıları arasındadır.
"Mobil Group" şirkəti iş adamlarını və sahibkarları sərgidə iştiraka və öz stendlərinin ziyarətinə dəvət edir. Qeyd edək ki, "Mobil Group" şirkəti sərgidə № 10 saylı stenddə təmsil olanacaqlar.
Sahibkarlar şirkətin mütəxəssislərindən bizneslə bağlı çoxsaylı sahələr, o cümlədən beynəlxalq yük daşımaları və gömrük rəsmiləşdirmələri üzrə faydalı məsləhətlər ala, tərəfdaşlıq yarada bilərlər.
"Mobil Group" şirkətinin direktoru, gömrük rəsmiləşdirilməsi sahəsində tanınmış mütəxəssis Vüsal Xəlilov iş adamlarına müraciət edərək onları «Heydər Əliyev və Azərbaycan sahibkarlığı» mövzusunda sərgiyə qatılmağa dəvət edib.
«Hər kəsi yerli şirkətlərin tanıtım sərgisində iştiraka dəvət edirik. Gəlin biznes və tərəfdaşlıqdan danışaq!»-deyə şirkət rəhbəri bildirib.
Qeyd edək ki, sərgiyə giriş ödənişsizdir.
Tarix: 8-10 iyun 2023, saat 10:00-18:00
Məkan: Baku Crystal Hall
Qeydiyyat üçün bağlantı: https://bit.ly/3Ny5T73
Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün:
*0090
+99451 333 90 90
[email protected]
www.mobilgroup.az