2018-ci il dekabrın 27-də “Sahil” metrostansiyasının yaxınlığında tam yeni və innovativ “McDonald’s” restoranı qapılarını müştərilərin üzünə açıb.
FED.az xəbər verir ki, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi və Bülbül prospektinin kəsişməsində yerləşən, tamamilə yeni dizaynlı “McDonald’s” restoranı qida sənayesində ən son texnologiyaların bütün tələblərinə cavab verən avadanlıqla təchiz olunub. Burada yeni sistemlərin köməyi ilə müştərilərə daha sürətli və keyfiyyətli xidmət göstəriləcək.
Restoranda sifarişlərin həyata keçirilməsinin yeni üsulu – interaktiv özünəxidmət köşkü də təqdim olunub. Onun sayəsində ziyarətçilər sensorlu ekranda menyudan arzuladığı məhsulları seçir, bank kartının köməyilə və ya nəğd şəkildə kassada seçilmiş sifarişin ödənişini edir.