Bakıda Ukrayna restoranı fəaliyyətə başlayacaq.
FED.az xəbər verir ki, bu barədə dekabrın 17-də Bakıda “Ukrayna məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılışı zamanı məlumat verilib. Açılış mərasimində Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski də iştirak edib. Bildirilib ki, “Ukraynska Xata” adlı restoran Bakıda gələn ilin fevralında istifadəyə veriləcək.
Eləcə də bax: Bakıda “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin - MƏRKƏZİ MAĞAZASI AÇILIB
Ukrayna Prezidenti yeni açılan mağazada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, “Ukrayna məhsulları” ticarət şəbəkəsi artıq iki ildən çoxdur ölkəmizdə fəaliyyət göstərir və Bakıda doqquz mağazası var. Ticarət şəbəkəsinin mağazalarında Ukraynadan gətirilən geniş çeşiddə ərzaq və içki məhsulları satılır.