Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib
FED.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Rayon ərazisində yerləşən “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaç polisə şikayət edərək bildirib ki, Bakı şəhər sakini Elnur Şıxəhmədli şirkətdən, ümumilikdə, 40 min manatdan çox uşaq bezləri, diş məcunu, yuyucu vasitələr və s. məhsullar alıb, lakin pulunu ödəməyib.
Faktla bağlı araşdırma aparılır.
Report