Bu gün Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) növbəti dönəm ümumi yığıncağının iclası keçirilir. Tədbirdə iş adamları ilə yanaşı millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfiri, nazir müavinləri və başqa rəsmi şəxslər iştirak edirlər.
Hər iki ölkənin himləri səsləndikdən sonra tədbirin rəsmi açılışı olub. Konfransı giriş sözü ilə Brliyin İdarə Heyətinin sədri Ali İhsan Genç açıb.
A.İ.Genç Azərbaycanda aparılan islahatlardan danışıb və bildirib ki, Azərbaycanda çox böyük dəyişikliklər müşahidə olunur: "2016-cı ilin əvvəlindən aparılan gömrük islahatları iş adamlarına yeni imkanlar açıb. Vergi sahəsində aparılan islahatlar da sahibkarlar üçün əhəmiyyət kəsb edir. Bu gün nağdsız ödənişlərlə bağlı dəyişikliklər biz sahibkarlara bəzi sıxıntılar yaradır. Biz öz təklifimizi Milli Məclisə verəcəyik. Əgər təklifimiz qanunlaşsa, lap yaxşı, qanunlaşmasa, yola davam edəcəyik".