Banner

Biznes

Bakıda tikinti şirkəti ləğv edilir - SƏHMDARLAR TOPLAŞIR

Bakıda tikinti şirkəti ləğv edilir - SƏHMDARLAR TOPLAŞIR | FED.az
09:42 30 Noy 2019

15 yanvar 2020-ci il saat 11.00-da “Tikinti-Quraşdırma ANKZ-3” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

FED.az xəbər verir ki, yığıncağın gündəliyinə ASC-nin ləğv edilməsi, ASC-nin ləğv edilməsi ilə əlaqədar ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin olunması və ona müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlər daxildir.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir.

Ünvan: Bakı, Oktay Vəliyev küçəsi 9.

Digər xəbərlər

Banner