Koronavirus digər sahələrə olduğu kimi, turizm və hotel biznesinə də öz mənfi təsirini göstərib. Hazırda turistlər gəzməkdən çox evdə oturmağı daha çox üstün tuturlar.
Eləcə də bax: Bakı restoranlarının - DÖVRİYYƏSİ AÇIQLANDI
FED.az məlumat verir ki, bunu Trend-ə açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.
Eləcə də bax: Çindən gəlməyən Çin xörəkləri verən Çin restoranları - ARAŞDIRMA
Onun sözlərinə görə, aparılan monitorinqlər onu göstərir ki, koronavirus turizmə mənfi təsir edib: "Misal üçün, şəhər mərkəzində olan və əsasən turistlərə köklənən restoranlar bu gün əziyyət çəkir, işləri zəif gedir. Restoranlara nəinki turistlər, hətta yerli sakinlər də az üz tutur".
S.Dübəndi qeyd edib ki, Azərbaycanda koronavirus xəstəlik şəklində deyil, daha çox panika halında yaşanır:
"Ölkəmizdə bu xəstəlik geniş yayılmayıb və biz bu xəstəliyin təsiri altında deyilik. Bu da dövlətin və səhiyyənin sayəsindədir. Ümid ediirəm ki, həm səhiyyə, həm də səhiyyə ətrafında yaradılan qurumlar bu işin öhdəsindən yüksək səviyyədə gələcək".
Qeyd edək ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargah hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirir, xüsusi avadanlıqlardan istifadə olunmaqla ölkəyə daxil olanlara nəzarət aparılır.
Ölkədə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb, İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb.
Profilaktika tədbirləri çərçivəsində sanasiya tədbirləri görülən bütün təhsil müəssisələrində, uşaq bağçalarında dərslər dayandırılıb.
Dezinfeksiya həmçinin avtobus, metro stansiyaları, vağzal və dəmiryolunda da aparılır. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün təcili tədbirlərə kəskin diqqət çəkərək material hazırlamaq tövsiyə edilir. ÜST məlumatlarına əsasən dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan verir.