İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Qazaxıstanın “Qaz Trade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi SC-nin baş direktoru Əzəmət Əsgərulı ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə KOBİA-dan bildirilib.
Məlumata görə, görüşdə qarşılıqlı ticarət missiyalarının təşkilinə, ölkələrimiz arasında ticarətin artırılması üçün kiçik və orta sahibkarlığa dəstək mexanizmləri üzrə təcrübə mübadiləsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.