Türk mətbəxini sevənlər oktyabr ayından etibarən Bakıda yenə məkana üz tuta bilərlər.
Eləcə də bax: Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı - ARTIR
FED.az xəbər verir ki, Azərbaycanın tanınmış biznes qurumlarından olan «Bridge Group of Companies» yeni dadlı layihəsi olan – «Bazar» türk mətbəxi restoranını təqdim edib.
Bu füsunkar məkan tamailə yenidən qurularaq yenicə istifadəyə verilmiş «Şərq Bazarı» ticarət və əylənmə mərkəzində yerləşir.
Xatırladaq ki, ölkəmizin tarixi və mədəniyyət abidələri siyahısına daxil edilmiş «Şərq bazarı» təxminən 9000 m² sahəli müasir ticarət mərkəzinə və bazara çevrilib.
«Şərq bazarı» ənənəvi ticarət mərkəzlərindən fərqli olaraq özündə Qədim Şərq memarlığı və tarixi Şərq bazarları ab-havasını birləşdirir. İndi isə buraya Azərbaycanda da olduqca sevilən, amma bütün ləzizliyi hələ tam kəşf olunmayan şərq - türk milli mətbəxi də əlavə edilib.
«Bridge Group of Companies»ə xas olan ənənəvi yüksək keyfiyyət və zövqlü stildə yaradılan «Bazar» türk mətbəxi – «Bazar Turkish Cuisine» restoranı «Şərq Bazarı»nın bu atmosferini qastronomik möcüzələri ilə tamamlayır.
«Bridge Group of Companies» komandası «“Şərq bazarı»nda yerləşən restorana «Bazar» adını verməklə həm buradakı əsrarəngiz Şərq elementlərini qoruyub saxlamaq, eyni zamanda yenidən qurulan «Şərq Bazarı»nın ümumi konsepsiyasını özündə ehtiva etmək qərarına gəlir.
Məkana qədəm qoyan hər bir qonaq elə ilk dəqiqədən sanki özünü təzadlar şəhəri İstanbulda hiss edəcək.
Hər dəfə “Bazar”a gəlişiniz sizdə sanki Türkiyəyə əyləncəli qastronomik səyahət təəssüratı bağışlayacaq. Çünki burada sizi sözlərlə ifadə olunmaz ecazkar ab-hava, sevimli təamların və doyumlu yeməklərin ən maraqlı birləşməsi gözləyir.
Bütün «Bridge Group of Companies» məkanları – hazırlanmış yeməklərin əla keyfiyyəti və dadı, ideal şəkildə tərtib edilmiş içkilərin siyahısı və yüksəksəviyyəli xidmətilə seçilir. Gülərüz personal diqqətcilliyi və nəcibliyi ilə restorana hər gəlişinizi unudulmaz edəcək. Və siz bu möhtəşəm məkana getdikcə daha çox heyran qalacaqsınız.
Bunun bir çox səbəbləri var. Elə isə, gəlin “Bazar” restoranını daha yaxından tanıyaq:
Məlum olduğu kimi, türk mətbəxi haqlı olaraq dünyanın ən zəngin, ən qədim və rəngarəng mətbəxlərindən biri hesab olunur. «Bazar»da yeməklərin hazırlanmasına görə cavabdeh olan Türkiyədən xüsusi olaraq dəvət olunmuş şef-aşpaz türk mətbəxinin ən ləzzətli nümunələrini restoran menyusuna daxil edib. Zəngin menyuda bütün klassik ənənəvi yeməklər qonaqların könlünü oxşayacaq. Burada müxtəlif növ kabablar, məzələr, lahmacun və pidelər mis sobada hazırlanır. Məşhur və inanılmaz dərəcədə dadlı püstəli katmer də daxil olmaqla, müxtəlif növ desertlərin dadı isə uzun müddət damağınızdan getməyəcək.
Xüsusilə vurğulayırıq ki, menyuya daxil edilən bütün yeməklərin və qəlyanaltıların hazırlanması üçün yalnız təzə, təbii və keyfiyyətli məhsullardan istifadə olunur.
Ümumiyyətlə, «Bazar»da təqdim olunan milli türk mətbəxindən danışırıqsa, o zaman burada da hər şey Şərqlə Qərbin mükəmməl birləşməsi olan hamının sevimli İstanbulunda olduğu kimidir.
«Bazar»”ın şef-aşpazı qeyd edir ki, bayram günlərində məkanın qonaqlarını xüsusi yeməklər, həftə sonları isə, ənənəvi doyurucu türk səhər yeməyi gözləyir. Buranın kahvaltısı inanılmaz dərəcədə dadlı və sağlamdır. Tamamilə əmin ola bilərsiniz ki, məkanda təqdim edilən səhər yeməyi sizi Türkiyə şəhərlərinə “apararaq”, oranın qastronomik dünyasına qərq edəcək, ən əsası isə, sizə gün boyu bol enerji və canlılıq bəxş edəcək.
Bütün bunlara isə restorandakı isti, doğma atmosfer və əlbəttə ki, peşəkar ifaçilərin şövqlə təqdim etdiyi, hər zövqə uyğun gözəl musiqi əlavə rəng qatır. Həftə sonları sənətçilərin canlı ifası restoran qonaqlarını İstanbul atmosferinə qərq edir.
Məkanın qiymətləri olduqca münasibdir. Qısacası, əgər restorana gedərək, keyfiyyətli təzə inqrediyentlərlə hazırlanmış ləzzətli türk yeməklərini dadmaq, əylənmək, eyni zamanda yüksək miqdarda pul xərcləmək istəmirsinizsə, o zaman “Bazar” tam sizə görədir. Xüsusilə vurğulayırıq ki, restoranda qiymətlərin sərfəli olması xidmətə və təklif olunan yeməklərin yüksək keyfiyyətinə təsir göstərmir.