"STS LOGİSTİCS" Məhdud Məsuliyyətli Cəmiyyəti -in (VÖEN 1702333401) ümumi yığıncağı 01.06.2021 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.
FED.az xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1003, Bakı Şəhəri Səabil Rayonu, Əlibəyov Qardaşları, ev.18, m.11 ünvana bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Qeyd edək ki, “STS Logistics” 2011-ci ildə təsis edilmişdir və beynəlxalq dəmiryolu, dənizyolu və avto daşıma, logistika sektorunun özündə cəmləşdirən xidmətləri həyata kecirən yerli şirkətdir.