Dekabrın 21-də Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək.
FED.az xəbər verir ki, tədbirdə 500-ə yaxın qonağın iştirak edəcəyi gözlənilir.
Eləcə də bax: Bakıda Doktor İtsxak Adizesin iştirakı ilə - BİZNES FORUM KEÇİRİLİB
Əsas müzakirə mövzuları kino-media, idman, səhiyyə, istehsal, bank, iaşə, turizm sahəsində marketinqin inkişafı olacaq və adları çəkilən sahələrdə Azərbaycan və Türkiyədən spikerlər öz təcrübələrini bölüşəcək. Belə ki, Türkiyənin “Ay Yapım və Medd Yapım” şirkətlər qrupunun satış direktoru Deniz Cantutan, “Galatasaray” futbol klubunun marketinq üzrə direktoru Doruk Tufekçi, İstanbulda yerləşən “Johns Hopkins adına Anadolu” xəstaxanalar şəbəkəsinin marketinq koordinatoru Günay Fərzəliyeva, ABAD Publik Hüquqi Şəxsinin Layihələrin İdarəedilməsi Departamentinin direktor müavini Camid Mövsumov və “Dreamland Baku”nun marketinq üzrə mütəxəssisi Sedef Kaynarkanın çıxışları nəzərdə tutulub.
Tədbirin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək olmaq, müasir korporativ idarəetmə mexanizmlərinin şirkətlərdə tətbiq edilməsi,marketinqin son trendlərinin müzakirə olunması, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiq edilməsi, markalaşmada və xarici bazarlara addımlarda əsas məqamları vurğulamaqdır.