22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgisi baş tutacaq.
FED.az xəbər verir ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.
“Aquatherm Baku 2019” sərgisi:
1) Kondisionerləşdirmə, havalandırma, istilik və su təchizatı, eləcə də havanın emalı və təmizlənməsi sahəsində hər il keçirilən ixtisaslaşmış sərgidir. İştirakçıların 36% yerli eksponentlərdir. Ənənəvi iştirakçılar arasında aşağıdakı şirkətlər yer alır: Azertexnolayn, Anadolu Kafkas Insaat San. ve Tic. A.S., Polymart, Euroclima, Newcond, Yusi Ko, Turan Makina və s.
2) Xarici iştirakçılar sırasında bu il Çex Respublikası, Çin, İtaliya, Livan, Rusiya, Türkiyə, və digər ölkə nümayəndələri yer alır. Sərginin debütantı qismində havalandırma sistemlərini təqdim edən Səudiyyə Ərəbistanı çıxış edir. Həmçinin Udmurt Respublikası da sərgidə öz regional stendi ilə çıxış edəcək.
3) Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyatorlar, istilik sistemləri, istilik izolyasiyası materialları, vanna və cakuzilər, saunalar, üzgüçülük hovuzları, qızdırıcılar, kompressorlar, kulerlər, enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, içməli su istehsalı, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi sektorlar əhatə olunacaq. Tam siyahı ilə likdən keçərək tanış ola bilərsiniz: https://aquatherm.az/az-exhibitorslist-2019.html
4) “B2B” formatlı görüşlərin, o cümlədən seminar, müsabiqə, təqdimat zonası və bir sıra digər tədbirlərin daxil olduğu dolğun işgüzar və əyləncə proqramı ilə müşayiət olacaq.
5) Faydalı əlaqələr, yeni fürsətlər və peşəkar ziyarətçilərdir.