Su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
“Hydrotrans – Engineering MM” 2023-cü ildə 6 milyon 491 min manat satışdan gəlir əldə etməklə, 2022-ci ildəKİ gəlirini 3 milyon 942 min manat və ya 2,5 dəfə artırmış olub.
Layihələndirmə mərkəzinin satışlarının maya dəyəri 3 milyon 675 min manat olub ki, bu da illik müqayisədə 210 min manat və ya 6,1% artım deməkdir.
Gəlir və maya xərcinin fərqindən sonra şirkət ötən il 2 milyon 816 min manat ümumi mənfəət əldə edib. Bu mənfəət də son bir ildə 1 milyon 900 min manat və ya 3,1 dəfə artım deməkdir.
Hesabat dövründə şirkətin sair əməliyyat gəlirləri 1 milyon 702 min manat və ya 38 dəfə azalaraq 46 min manata düşdüb. İnzibati xərcləri təxminən 8 min manat və ya 14% artaraq 65 min manata yüksəlib.
Bu dövrdə şirkət 2 milyon 798 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ildəkindən 2 milyon 74 min manat və ya 3,9 dəfə çoxdur.
2022-ci ildə əldə etməsədə şirkət 2023-cü ildə 769,6 min manata yaxın maliyyə gəliri əldə edib, xərcləri isə 8 min manat, başqa sözlə 13,8% artaraq 66 min manata bərabər olub.
700,3 min manatlıq mənfəət vergisi ödənişindən sonra “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 2023-cü ili 2 milyon 801 min manata yüksəlib. Mənfəət vergisi ödəmələri 557 min manat (4,9 dəfə), xalis mənfəət isə 2 milyon 228 min manat (4,9 dəfə) artıb.
“Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC ötən il 5 milyon 19 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 179 min manat (3,7%) artım qeydə alınıb.
Öhdəliklər 2 milyon 126 min manat və ya 49,2% azalaraq 2 milyon 194 min manata düşüb.
Balans kapitalı 2 milyon 305 min manat və ya 5,4 dəfə artaraq 2 milyon 825 min manata yüksəlib.