Yanvarın 24-dən paytaxtın ən qədim bazar ərazisində (“Passaj 1901” kompleksində) II Bakı Qəhvə və Çay Festivalı (“Baku Coffee & Tea Festival”) keçirilir.
FED.az xəbər verir ki, festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.
Çoxsaylı qəhvə və çaysevərləri bir araya toplayan tədbirə maraq olduqca yüksəkdir. Festival çərçivəsində, həmçinin qəhvə və çayın istehsalı, idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, seminarlar və ustad dərsləri, “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və digər tədbirlər təşkil ediləcək. Festivalda bir çox ölkənin, o cümlədən Kolumbiyanın çay və qəhvələri nümayiş olunur.
Azərtac