Bakı İdman Sarayında Hindistanın PHD Ticarət və Sənaye Palatası Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə "Hindistanın ən yaxşıları" - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri"nin ikinci buraxılışı təşkil edilib.
FED.az xəbər verir ki, sərgi martın 17-ə qədər səhər saat 10.00-dan axşam saat 18.00-a kimi açıqdır.
Eləcə də bax: Pakistanla Hindistan arasında növbəti insident: 200-ə yaxın ailə köçürüldü
Xarici ölkələrdə, o cümlədən, Bakıda keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir. "Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində elektrik & elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr & sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil & geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edir.
Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Höküməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir. Biznes və ticarətdən əlavə tədbir həmçinin, mədəni tədbirlər, yemək və Bollivud festivalı və s. vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışır.
Sərgiyə giriş sərbəstdir.
Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur.
2017-ci ildə Hindistanın Azərbaycana ixracının həcmi 37 milyon dolları keçib. Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi isə 463 milyon dollara çatıb. Azərbaycanın təcrübəli kadrları və tələbələrinə Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları təklif edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur.
Bakıda Hindistanın mallarının sərgisi başlayıb - TARİXLƏR
10:01
9 Mart 2019