Bu gün Bakıda Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasimi keçiriləcək. Bu barədə prezident İlham Əliyev ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin görüşündə qeyd olunub.
“Görüşdə Bakıda keçiriləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasiminin önəmi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Tərəflər turizm, səhiyyə, kənd təsərrüfatı, təhsil, texnologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
İnterfax©