Bu gün Bakıda İqtisadiyyat Nazirliyini Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan Beynəlxalq Françayzinq Forumu və Sərgisi işə başlayıb.
FED.az xəbər verir ki, 2 gün davam edəcək tədbiri giriş sözü ilə İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov açıb.
“Francayzinq dünyada geniş yayılıb. Bugünkü forum və sərgi sahibkarlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına imkan yaracaq”, - o deyib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, foruma və sərgiyə aparıcı francayzinq şirkətləri dəvət edilib və məqsəd iqtisadiyyata investisiyaların cəlb olunmasıdır.