Bakıda Fəvvarələr Bağında fəaliyyət göstərən məşhur “Hard Rock Cafe” kafesi bağlanıb.
Azərbaycanda restoranların dövriyyəsi - 240 MİLYON MANAT ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verirk ki, kafe əməkdaşları İqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin obyektin bağlanmasının səbəbi məlum deyil:
“Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır”.
Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, “Rolls-Royce” avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox “Hard Rock Cafe”nin fəaliyyət göstərdiyi qeyd olunub.