Azərbaycanın paytaxtında - Bakı şəhərində hökumət binasının yaxınlığında sərgi salonunda Dağıstan məhsulları təqdim olunacaq.
FED.az xəbər verir ki, Rusiyanın Regional ixraca dəstək mərkəzinin rəhbəri Ruslan Abaskuliyev bazar günü TASS-a bildirib ki, onun açılışı Dağıstan sahibkarlarının Azərbaycana biznes missiyası zamanı payızda planlaşdırılır.
"Rossotrudniçestvo-nun (Россотрудничества) Azərbaycandakı nümayəndəliyinin yeni yerində oldum. Orada Dağıstan məhsullarının sərgi salonu yerləşəcək. Yerin özü Bakının mərkəzində, Azərbaycan hökumətinin binasının yaxınlığında yerləşir. Salonun rəsmi açılışı oktyabrda Dağıstan sahibkarlarının Azərbaycanda biznes missiyası çərçivəsində baş tutacaq”, - Abaskuliyev bildirib.
Onun sözlərinə görə, salonda urbeç, düyü, şirələr kimi Dağıstan ərzaq məhsulları yer alacaq. Sərgi salonunda həmçinin regionda istehsal olunan tikinti materialları və İT məhsulları da nümayiş etdiriləcək.
Salona giriş tamamilə pulsuz olacaq, hər kəs ziyarət edə bilər.
Hazırda binaların təmiri başa çatıb, dizaynerlər bəzəməyə başlayıblar. (Marja)