Bakıda da şöbələri olan “Simit Sarayı"nın 500 milyon dollar borcu olduğu barədə iddialara münasibət bildirilib.
FED.az xəbər verir ki, "Simit Sarayı"nın İdarə heyətinin sədri Abdullah Kavukcu bildirib ki, "Simit Sarayı"nın iddia edildiyi kimi 500 milyon dollar borcu yoxdur: "Bütün banklara borcumuz, bu iddia olunan rəqəmin üçdə biri belə deyil. İstifadə etdiyimiz kreditlərin 80%-ni də özəl banklar vasitəsilə təmin edilmişdir".
Eləcə də bax: Türkiyədə inflyasiyanın gözləniləndən çox olacağı - PROQNOZLAŞDIRILIR
Abdullah Kavukcu bildirib ki, "Simit Sarayı"nın böyüdülməsi üçün hazırda yerli və xarici bir çox fondlar ilə danışıqlar aparılır. Onun sözlərinə görə, markanın dəyərinin artırılması planlaşdırılır.
Hazırda "Simit Sarayı" 25 ölkədə şöbəsi və 11 min 250 işçisi var. "Simit Sarayı" 2005-ci ildə dünyanın ilk simit fabrikini qurub.
Türkiyə mətbuatında çıxmış xəbərlərdə "Simit Sarayı"nın 500 milyon dollar borcu olduğu və "Ziraat Bankası" tərəfindən xilas ediləcəyi iddia edilmişdi. Şirkətin səhmlərinin 51%-nin də Bankın nəzarətinə keçəcəyi qeyd edilmişdi.
Eləcə də bax: Türkiyədə şabalıd qiyməti - ƏTİN QİYMƏTİNƏ ÇATIR
Marja