Bu ilin sentyabr ayında Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Elektron Ticarət Forumu (Baku E-trade Forum) keçiriləcək. FED.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Forum regionda elektron ticarətin inkişafı üçün tövsiyələrin nəzərdən keçirilməsi və onların tətbiqi imkanlarının müəyyənləşdirilməsi üçün beynəlxalq platformanın rolunu oynayacaqdır. Forumda yerli və xarici nümayəndələrin iştirakı gözlənilir.
Sessiyalar zamanı sahə ekspertlərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.
Eləcə də bax: Vergilər Nazirliyi xüsusi plan hazırlayır – NƏZARƏT ARTACAQ