Bu gün “Türkdilli Dövlətlərin PR (ictimaiyyətlə əlaqələr) Mütəxəssislərinin Birinci Bakı Forumu” artıq başlayıb.
FED.az xəbər verir ki, forumda 20-dən çox spiker iştirak edəcək. Forum Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın dövlət və özəl sektorlarda çalışan PR mütəxəssislərini bir araya gətirib.
Forumun məqsədi türkdilli dövlətlərin inteqrasiyasına yönəlmiş fəaliyyətinə dəstək olan, bu dövlətlərin PR mütəxəssislərini ilk dəfə olaraq bir araya yığan və onların əməkdaşlığı üçün platforma və şəbəkə yaratmaq, əməkdaşlıq yolları barədə müzakirələr aparmaq, müasir demokratik cəmiyyətlərin mühüm idarəetmə elementlərindən biri olan PR-ın bu ölkələrdə inkişafına yardım etmək və s.
Forumun proqramına buradan baxa bilərsiniz.
Bakıda "Baku PR Forum 2019" tədbiri keçirilir
11:11
26 Yan 2019