Noyabrın 5-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti ilə işgüzar görüş keçiriləcək.
ASK-dan FED.az-a bildirilib ki, tədbirdə maşınqayırma, qida, plastik polyester, mərmər-qranit, prefabrik istehsalı (tikinti sektoru), logistika, tibbi protezlər, tibbi cihazlar, tekstil, isitmə-soyutma sistemləri, daxili-xarici işıqlandırma sistemləri üzrə ixtisaslaşmış türk şirkətlərinin nümayəndələri iştirak edəcək.