Bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistanın birgə ticarət sərgisinin açılış mərasimi keçirilib.
FED.az xəbər verir ki, sərgi bu gündən etibarən başlayır və aprelin 13-ə qədər davam edəcək.
Açılış mərasimində Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev çıxış edib.
Eləcə də bax: Bu ölkədən Azərbaycana turist axını - 10 DƏFƏ ARTIB
O, bu ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Y.Abdullayev bildirib ki, bu sərgidə 50-dən çox şirkət var: "200-dən çox nümayəndə qeydiyyatdan keçib. Bu platforma ölkələr arasında ticarət dövriyyəsinin artımına şərait yaradacaq".
Bu sərgidə tibb alətləri, farmaseptika və tibb, kosmetika məhsulları, cərrahiyyə və diş müalicəsi avadanlıqları, bıçaqlar və elektrik avadanlıqları, tekstil, təbii dəri, idman geyimləri, mebel, əl işləri məhsulları nümayiş olunur.
Sərginin əsas təşkilatçılarından biri Türkiyənin Sənaye və İş Adamları Dərnəyidir (TÜMSİAD).