Bakıda Azərbaycan-Macarıstan biznes forumu işə başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, tədbirdə həm dövlət, həm də özəl şirkətlərdən nümayəndələr iştirak edirlər.
Biznes forumundan sonra Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçiriləcək, ikitərəfli əməkdaşlıq sənədləri imzalanacaq. Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfdən həmsədri isə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyartodur.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 33 % azalaraq 2,558 milyon ABŞ dolları təşkil edib. Bunun 16 min dolları Azərbaycanın Macarıstana ixracının, 2,572 milyon dolları isə Azərbaycanın Macarıstandan idxalının dəyəridir.