Bu gün Bakıda Azərbaycan-Cəbuni Koreya biznes forumu işə başlayıb.
“FED.az xəbər verir ki, tədbirdə qarşı tərəfi neft-kimya məhsullarının, müxtəlif növ avadanlığın istehsalı, eləcə də şərabçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri təmsil edirlər.
Biznes forumu çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycanda 74 Koreya şirkəti fəaliyyət göstərir. Onların bir qismi dövlət büdcəsi hesabına həyata keçirilən layihələrdə podratçı qismində iştirak edir.
İndiyə qədər Cənubi Koreya Azərbaycan iqtisadiyyatına, təxminən, 180 milyon dollar, Azərbaycan isə isə Cənubi Koreya iqtisadiyyatına 474 milyon dollar investisiya qoyub.
Report