Bu gün ADA Universiteti və Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə Bakıda ilk dəfə Azərbaycan-ABŞ biznes forumu keçirilir.
Forumda açılış nitqi ilə çıxış edən "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova ikitərəfli iqtisadi əlaqələrin gələcək inkişafı, yeni əlaqələrin yaradılması və yeni imkanların aşkarlanması istiqamətində forumun əhəmiyyətini vurğulayıb.
Forumda, həmçinin ADA Universiteti, Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, İqtisad Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycanın ABŞ-dakı və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edir. Forumun əsas məqsədi iki ölkə arasında biznes əlaqələrinin gücləndirilməsi üçün Azərbaycanı, onun iqtisadi potensialını, həmçinin imkan və perspektivlərini Amerika şirkətlərinə təqdim etməkdir.
Qeyd edək ki, forumda "Bankçılıq və maliyyə", "Enerji və sənaye", "Kibertəhlükəsizlik və onlayn ticarət", "Kənd təsərrüfatı və ticarət"və "Nəqliyyat" kimi mövzuları əhatə edən sessiyalarda müzakirələrin aparılması gözlənilir.
Apa©