Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə sentyabrın 27-də Bakıda “Sənaye və infrastrukturun modernləşdirilməsi” mövzusuna həsr olunmuş Almaniya-Azərbaycan biznes forumu təşkil edəcək.
“AHK Azərbaycan”dan FED.az-a bildirilib ki, builki forumun əsas mövzuları maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, kənd təsərrüfatı və qida sənayesidir. Tədbirin əsas məqsədi alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlarını müzakirə etmək, öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.
Forumun açılış mərasimində Almaniya və Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.
AZƏRTAC