Fevralın 1-də Bakıda “Marsol” MMC şirkətinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” ASC və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə biznes tərəfdaşlığına həsr olunmuş “Partners and Business” mövzusunda tədbir keçirilib.
Eləcə də bax: "Kapital Bank"dan iş adamları və rəqib banklara sürpriz – YENİ MƏHSULLAR
FED.az xəbər verir ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 600-a yaxın iş adamının qatıldığı tədbirdə yerli şirkətlər arasında biznes tərəfdaşlıq qurulması, iş adamlarının qarşılaşdığı problemlər müzakirə oluqub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, ASK-nin vitse-prezidenti Vüqar Zeynalov, DOST Agentliyinin nümayendesi Nermin Mirzeyeva, "Kapital Bank” ASC-nin nümayəndəsi Fərid Hidayətzadə, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev sahibkarlığın inkişafı, bu sahədə görülən işlər, biznes tərəfdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Eləcə də bax: Kiçik sahibkarların iri marketlərdə – PROBLEMLƏRİ VAR - KOBİA AÇIQLADI
Qeyd olunub ki, biznes tərəfdaşlığı sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq 20-22 fevral tarixlərində Bakı İdman Sarayında sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsullarından ve xidmetlerinden ibaret sergi keçiriləcək. Bu Sərgidə 150-dək yerli şirkətin iştirakı nəzərdə tutulur.
Tədbir çərçivəsində uğurlu fəaliyyətinə görə bir sıra sahibkarlıq subyektleri mükafatlandırılıb, eləcə də kiçik ve orta sahibkarlığa dəstək, biznesin inkişafı, korporativ sosial məsuliyyət, sahibkarlığın inkişafında bankların rolu, şərikli biznes mövzularında panel müzakirələr keçirilib.