Azərbaycanda holdinq ləğv edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Azəri-Zinəti Holding” ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1132 Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, bu holdinq 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Elbrus İsmayılovdur.