Sahibkarlar özəl qurumların bank, logistika və yükdaşıma ilə bağlı xidmətlərinə daha çox müraciət ediblər.
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a bildirilib ki, “Bakı KOB evi”ndə sahibkarlara dövlət qurumları ilə yanaşı, özəl qurumlar tərəfindən bank, logistika, yükdaşıma, konsaltinq, mobil operator, hüquqi məsləhət kimi xidmətlər göstərilir.
Cari ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə göstərilmiş 80349 xidmətin 7812-si (9,72 faiz) özəl qurumlar (“B2B”) tərəfindən təqdim edilib.
Bu dövrdə “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox “Kapital Bank” ASC-nin – 5086 (6,33 faiz), “Bank Respublika” ASC-nin – 1025 (1,28 faiz), “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin – 1022 (1,27 faiz), “Dynamic Express” MMC-nin – 223 (0,28 faiz), “Ase Express”in – 148 (0,8 faiz) xidmətləri üçün müraciət ediblər. Müvafiq özəl qurumlar tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan müxtəlif bank, logistika və yükdaşıma xidmətləri göstərilib.