“Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 1 may 2024-cü il saat 10.30-da keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsi 3 ünvanında baş tutacaq.
Gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Cəmiyyətin ləğv edilməsi.
3. Ləğvetmə komissiyasının yaradılması və səlahiyyətlərin müəyyən edilməsi.
4. Cəmiyyətin müşahidə şurasının və icra orqanının səlahiyyətlərinə xitam verilməsi.
5. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək tanış ola bilərlər.
Əlaqə telefonu – 051–306–66–98.