“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı aşağıdakı gündəlikdə keçiriləcək:
FED.az xəbər verir ki, yığınacaq 28 iyun 2025-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binada baş tutacaq.
1. “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2024-cü il üçün hesabatı.
2. Digər təşkilati məsələlər.
Ünvan – Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi 1 (Hövsan qəsəbəsi)