2 fevral 2026-cı il tarixdə, saat 11:00-da. “Bakı Elektriktökmə” ASC-nin (VÖEN: 1500304431) səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcək.
FED.az xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 5, “Bakı Elektriktökmə” ASC-nin inzibati binası. ünvanında keçiriləcək.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Bakı Elektriktökmə” ASC-nin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
3. “Bakı Elektriktökmə” ASC-nin ləğv edilməsi barədə qərarın qəbul edilməsi;
4. “Bakı Elektriktökmə” ASC-nin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi);
5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
6. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.
Əlaqə telefonu: (050) 327-60-20











