“Bakı Dəmir Beton – 4” ASC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 347 min manat xalis mənfəət ilə başa vurub.
Şirkət 2022-ci ili 462 min manat xalis mənfəət ilə bağlamışdı ki, bu da illik müqayisədə 115 min manat və ya 25% azalma deməkdir.
2022-ci ildə “Bakı Dəmir Beton – 4″ün əsas əməliyyat gəlirləri son bir ilə rzində 161 min manatt və ya 18% azalaraq 756 min manata düşüb.
Satışın maya dəyəri üzrə xərclər kəskin azalaraq 38 min manatdan 1,2 min manata düşüb.
Bununla da şirkətin ümumi mənfəəti 754 min manat olub ki, bu da illik müqayisədə 125 min manat və ya 14% azdır.
İnzibati xərclər 321 min manat təşkil edib ki, bu da illik müqayisədə 20 min manayt və ya 7% çoxdur.
Əməliyyat mənfəəti 145 min manat və ya 25% azalaraq 433 min manata düşüb.
31 dekabr 2023-cü il tarixində “Bakı Dəmir Beton – 4” ASC 2 milyon 255 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 90 min manat, başqa sözlə 4% artıb.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 74 min manat (12%) artaraq 710 min manat, cəmi kapitalı isə 16 min manat (1%) artaraq 1 milyon 545 min manat təşkil edib.