Bakı Baş Səhiyyə Mərkəzi yenidən təşkil edilir.
FED.az xəbər verir ki, publik hüquqi şəxs (VÖEN 1400125591) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim- Sanitar Xidmətinin 1 saylı Bakı Dəmir Yolu Poliklinikası Məhdud Məsuliyyətli Cəmiyyəti (1 saylı Bakı Dəmir Yolu Poliklinikası) (VÖEN 1500157861) və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim- Sanitar Xidmətinin 2 saylı Bakı Dəmir Yolu Poliklinikası Məhdud Məsuliyyətli Cəmiyyətinin (2 saylı Bakı Dəmir Yolu Poliklinikası) (VÖEN 1000481501) ona qoşulması yolu ilə yenidən təşkil edildiyini və sonuncuların ləğvini elan edir.
FED.az xəbər verir ki, kreditorlar 1 saylı Bakı Dəmir Yolu Poliklinikası və 2 saylı Bakı Dəmir Yolu Poliklinikasına qarşı tələblərini iki ay ərzində AZ1029, Bakı şəhəri Yasamal Rayonu, M.Müşfiq küçəsi, ev 1M ünvanına bildirə bilərlər.